Logo

Manat bahalaşmaqda davam edir

Manat bahalaşmaqda davam edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 6-na olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,49% ucuzlaşaraq 1,6036 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8077 manatdan 1,7956 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 5-i ilə müqayisədə dəyişməyərək 0,0257 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5270 manatdan 0,5248 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0518 manatdan 2,0396 manata düşüb.

Manat bahalaşmaqda davam edir
Manat bahalaşmaqda davam edir
Manat bahalaşmaqda davam edir
Manat bahalaşmaqda davam edir
Manat bahalaşmaqda davam edir
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR