Logo

Azərbaycan neftinin qiyməti 51 dolları keçib

Azərbaycan neftinin qiyməti 51 dolları keçib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da neft ehtiyatlarının azalması "qara qızıl”ın qiymətini artırır.

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

"AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,85% bahalaşaraq 51,27 dollar təşkil edib.

Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da "qara qızıl” ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub.

İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 milyon barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR