Logo

Neftin qiymətləri

Neftin qiymətləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiyməti cüzi azalıb.

Bu barədə "Bloomberg”ə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,90% azalaraq bir barelə görə 44,98 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,84% ucuzlaşaraq 42,66 dollar təşkil edib.

Bununla belə Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) bildiriblər ki, neftin qiymətinin cari ucuzlaşması müvəqqəti xarakter daşıyır. OPEK prezidenti Mohammed Al-Sada bildirmişdi ki, təşkilatın üzvləri 26-28 sentyabrda Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüş keçirməyi planlaşdırırlar. Bu xəbərdən sonra neftin qiymətlərində dünən axşam bahalaşma müşahidə edilirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR