Logo

Zelenski müdafiə yardımı ilə bağlı bu quruma müraciət etdi – “Bizə kömək lazımdır…”

Zelenski müdafiə yardımı ilə bağlı bu quruma müraciət etdi – “Bizə kömək lazımdır…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Müdafiə yardımı ilə bağlı "Buxarest 9-luğu”na müraciət etmişik”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski tvitter səhifəsində bildirib. Zelenski Polşa prezidenti ilə danışdığını qeyd edib:

"Biz azadlığımızı, torpağımızı müdafiə edirik. Bizə təsirli beynəlxalq yardım lazımdır. Bunu Polşa Prezidenti Andjey Duda ilə müzakirə etdik. Müdafiə yardımı, sanksiyalar, təcavüzkara təzyiq üçün "Buxarest 9-luğu”na  müraciət edildi. Biz Rusiyanı danışıqlar masasına əyləşdirməliyik. Bizə müharibə əleyhinə koalisiya lazımdır”, - deyə Ukrayna prezidenti diqqətə çatdırıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR