Logo

"Boğazları Rusiya hərbi gəmiləri üçün bağlaya bilərik, lakin...” - Mövlud Çavuşoğludan Ukraynanın tələbinə CAVAB

"Boğazları Rusiya hərbi gəmiləri üçün bağlaya bilərik, lakin...” - Mövlud Çavuşoğludan Ukraynanın tələbinə CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlaya bilər, lakin sonra onları Ukrayna üçün də bağlamalı olacaq. Çünki boğazların birtərəfli bağlanması münaqişə tərəflərindən birinin müadfiəsi kimi qiymətləndiriləcək”.

Sfera.az "TGRT Haber” telekanalına istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu yenidən Montrö Konvensiyasını gündəmə gətirib. Ukrayna Türkiyədən Rusiya hərbi gəmiləri üçün boğazları bağlamağı xahiş edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə Rusiya hərbi gəmilərinin keçməməsi üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilər, lakin Rusiya tərəfinin donanmasını bazaya qaytarmaq hüququ qalacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR