Logo

Vyanada “nəbz yoxlanışı” – Paşinyan Ərdoğanla Ankara görüşünə hazırlaşır

Vyanada “nəbz yoxlanışı” – Paşinyan Ərdoğanla Ankara görüşünə hazırlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan fevralın 24-də Vyanada təkrar bir araya gələcəklər. Məlumata görə, tərəflər əlaqələrdə normallaşma prosesini müzakirə edəcəklər.

Mövzu ilə bağlı bağlı Sfera.az-a danışan politoloq Elman Vəliyev sözügedən təmaslardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərinin realllaşa biləcəyini düşünür:

"Vyana görüşündə tərəflər diplomatik əlaqələrin irəliləməsinə razılıq verəcəklər. Görüşdən əvvəl önəmli məqamlar oldu. İki tərəf arasında uzun müddət sonra hava nəqliyyatı istifadəyə verildi. Türkiyə tərəfi Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyi barədə məlumat yaymışdı. Hesab edirəm ki, bu səfər baş tuta bilər, ancaq səfərdən əvvəl "nəbz yoxlanışı” olmalıdır. Vyana görüşündə Paşinyanın Türkiyəyə səfəri mövzusuna da toxunula bilər. İki tərəf arasında ilk öncə diplomatik, sonra nəqliyyat və iqtisadi əlaqələr nizamlanacaq. Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin inkişafa doğru getməsi Azərbaycan üçün narahatlıq doğurmur. Çünki Türkiyə Ermənistan qarşısında Azərbaycanın şərtlərinin yerinə yetirilməsini qoymuşdu və Ermənistan da buna yavaş-yavaş əməl etməkdədir. Türkiyə ilə Ermənistan əlaqələri Azərbaycana da qazanc verəcək. Nəqliyyat yollarının bərpası, iqtisadi ixrac-idxal prosesləri intensivləşərək gəlirlər əldə ediləcək”.

Politoloq Ermənistan və Türkiyə əlaqələrinin qurulmasının iqtisadi baxımdan da səmərəli olacağını deyib:

"Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi də tərəflərə gəlirlər gətirəcək. Türkiyə əvvəllər Ermənistan üçün lazımi malların mənbəyi rolunu oynayırdı. Belə ki, Ermənistan ərzaq ehtiyacını Türkiyə vasitəsilə ödəyirdi. Bu, həm ona ucuz başa gəlir, həm də zaman itkisi yaşatmırdı. Ermənistanın qonşuluğunda Türkiyə kimi bir dövlətin olması gözəl bir şansdır. Türkiyənin Ermənistana ehtiyacı yoxdur, Ermənistanın isə Türkiyəyə böyük ehtiyacı var”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR