Logo

“İkinci SSRİ”-yə hansı ölkələr qoşula bilər? – “Layihə Kremlin mətbəxində hazırlanıb”

“İkinci SSRİ”-yə hansı ölkələr qoşula bilər? – “Layihə Kremlin mətbəxində hazırlanıb”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyovun "YouTube" kanalına müsahibəsində keçmiş sovet respublikalarının əksəriyyətinin "İttifaq dövlətinə” qoşula biləcəyini deyib. Lukaşenko bundan öncəki müsahibələrində də "İttifaq dövləti”ndən bəhs etmişdi.

Maraqlıdır, nədir bu İttifaq Dövləti? Belarusla Rusiya arasında imzalanan dövlətlərarası saziş, yoxsa SSRİ-yə bənzər yeni konfederasiya?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, İttifaq Dövləti əslində bir neçə il öncə Belarusla Rusiya arasında imzalanmış müxtəlif sahələri əhatə edən bir müqavilədir:

“İkinci SSRİ”-yə hansı ölkələr qoşula bilər? – “Layihə Kremlin mətbəxində hazırlanıb”

"Lukaşenkonun qeyd etdiyi İttifaq dövlətinin isə həmin müqavilə ilə heç bir əlaqəsi yoxdur. Aydın məsələdir ki, bu Kremlin mətbəxindən çıxan adı fəqli, mahiyyəti isə eyni olan layihədir. Heç kəsə sirr deyil ki, Kreml ikinci SSRİ yaratmaq istəyir. İstisna deyil ki, Rusiya bura yeni ölkələri, xüsusilə də keçmiş SSRİ Respublikalarını cəlb etmək istəyir. Lakin düşünmürəm ki, Kreml buna nail olsun. Ümumiyyətlə İttifaq Dövləti layihəsi ölü doğulmuş uşaq kimi bir şeydir. Məsələ ondadır ki, keçmiş SSRİ Respublikaları bu gün fəal xarici siyasət yeridir. Bir çoxu da böyük ölçüdə Kremldən fərqli mövqe sərgiləyir. Bu reallıq Kremlə həmin ölkələri ətrafında birləşdirməyə mane olur”.

Politoloq hesab edir ki, digər postsovet ölkələrinin İttifaq Dövlətinə qoşulub, qoşulmayacağı mübahisə doğursa da, bir ölkə istisnadır:

"Söhbət Ermənistandan gedir. Lukaşenko özü də qeyd edir ki, Ermənistanın gedəcək yeri yoxdur. Həqiqətən də belədir. Ermənistan digər keçmiş sovet republikalarından fərqli olaraq daha acınacaqlı vəziyyətdədir. Bu ölkə hər mənada Kremldən asılıdır. Bu gün Paşinyan Kremlin pəncəsindən xilas olmaq üçün Sorosun kadrlarını hakim vəzifələrə gətirsə də, bu da çıxış yolu deyil. Ermənistan istəsə də, istəməsə də gec-tez İttifaq Dövlətinə qatılacaq. Necə ki, vaxtilə KTMT-yə qatıldı”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR