Logo

“Rusiya sülhməramlıları erməni silahlıları üçün kazarmalar tikir” - Etiraz

“Rusiya sülhməramlıları erməni silahlıları üçün kazarmalar tikir” - Etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qapanlı kəndinin atəşə tutulması və Suqovuşan-Kəlbəcər yolunda mülki maşınların yoxlanılmasına qondarma erməni polisinin cəlb edilməsi rəsmi Bakının yürütdüyü siyasətə qarşı gəlməkdir”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanın Qərblə əməkdaşlıq etməsindən ciddi narahatdır:

"Kreml bunun qarşısını almaq üçün Qarabağda separatçı erməni birləşmələrini aktivləşdirəcək. Bu gözlənilən prosesdir. Çünki qanunsuz erməni silahlı birləşmələri Rusiya tərəfindən qorunur. Məqsəd Azərbaycana təzyiq etmək, regionda öz qalıcılığını qorumaqdır”.

Politoloq hesab edir ki, 10 noyabr Birgə Bəyannaməsinin dördüncü bəndinin yerinə yetirilməməsi və silahlı erməni birləşmələrinin yenidən aktivləşməsi rəsmi Bakını hərəkətə gətirməlidir:

"Qarabağda kəndlərimizin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə barışa bilmərik. Buna son verməyin zamanıdır və silahlı erməni birləşmələrinin ləğvi gündəmə gətirilməlidir. Qarabağda Rusiya sülhməramlı qüvvələri erməni silahlı separatçılarına lojistik dəstək verir. Onlar üçün kazarma tikir və mühəndis istehkam işləri aparır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR