Logo

"Elə bilməyin ki, Rasim Məmmədovun həbs edilməsi ilə reket dəstələri yox oldu" - Aslan İsmayılov

"Elə bilməyin ki, Rasim Məmmədovun həbs edilməsi ilə reket dəstələri yox oldu" - Aslan İsmayılov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanma səhnəsini izlədim. Bəlkə birinci dəfə idi ki, DİN əməkdaşlarının insanı bu cür saxlamasına sevindim. Çünki, Vətən Müharibəsi iştirakçısının üzünə tüpürən bundan da betərinə layiqdir”.

Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, Rasim Məmmədovun böyük reket dəstəsinin başında dayanması hamıya bəlli olsa da, bu günə qədər tədbir görən yox idi:

"Bu dəstənin nə qədər təhlükəli və həyasız olduğunu bildiyimdən, o barədə bircə dəfə özü kimi ikinci bir reket dəstəsi ilə üzə-üzə gəlib bir-birilərini ifşa edəndə yazmışdım. Hesab etməyin ki, Ata Abdullayev, Rasim Məmmədovun həbs edilməsi ilə reket dəstələri yox oldu. Xeyr, belə dəstələr bu gün də var və eyni fəaliyyətlərini davam etdirirlər. Sadəcə, görünür hələ yuxarılardan kiminsə ayağını basmayıblar. Yoxsa çoxdan bunlar və bunların oxşarları - Fuad Muradovlar, Mürvət Həsənlilər, Hafiz Hacıyevlər və digərləri hələ də at oynatmazdılar. Bu məxluqları yetişdirib ortaya çıxaran, bunlar kimilərinə münbit şərait yaradıb öz murdar məqsədləri üçün istifadə edən Ramiz Mehdiyev və Əli Həsənov hələ də azadlıqdadırlar”.

Hüquqşünas əlavə edib ki, həmin şəxslər cəmiyyətimiz üçün çox faydalı olan, ölkə prezidenti İlham Əliyevin də daim  vurğuladığı ictimai nəzarət institutunu reket dəstələri kimi qələmə veriblər:

"Əminəm ki, bu kimilərinin arxalarında hakimiyyətin üst qatında təmsil olunanlar olmasa, onlar ictimai nəzarət kimi faydalı institutu reket dəstələrinə çevirməzdilər”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR