“Bakı da şərtlərini ağırlaşdıra bilər...” - Ararat Mirzoyanın açıqlamasına cavab
"Ermənistan XİN başçısı Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şərt irəli sürməsi və "xalqların öz müqəddaratını təyinetmə hüququ” barədə mövqeyini xatırlatması iki ölkə arasında davam edən münasibətlərin normallaşma prosesinə zərər verə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistan XİN başçısı Ararat Mirzoyanın Avstriya XİN başçısı Aleksandr Şallenberqlə İrəvanda keçirdiyi mətbuat konfransında "Azərbaycanla sülh müqaviləsinin imzalanması Qarabağ konfliktinin həllinə bağlıdır” sözlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə ilə sərhədlərin açılması istiqamətində konstuktiv addımlar atması, həmçinin bənzər şəkildə rəsmi Bakı ilə də münasibətlərin normallaşmasında həvəsli görünməsi diqqət çəkir:
"Lakin indi Ermənistan XİN başçısı Ararat Mirzoyanın belə danışması anlaşılmazdır. Mümkündür ki, Paşinyan daxildəki ultramilliyətçi və ruspərəst qüvvələrin aktivləşməməsi üçün Mirzoyanın bu qaçıqlamsı ilə balans yaratmağa çalışır”.
Politoloq hesab edirsə, əgər bu belə deyilsə, iki ölkə arasında gərginlik yenidən başlaya bilər:
"İndiki halda başlıca prioritet sərhədlərin delimitasiya və demarkasiyası olmalıdır. Ermənistan əvvəlki mövqeyinə qayıtsa rəsmi Bakı da şərtlərini ağırlaşdıra bilər. Bu isə ilk növbədə Ermənistana sərf etməyəcək”.Turan Rzayev






