Logo

Gədəbəyə 1,8 milyon manat ayrıldı

Gədəbəyə 1,8 milyon manat ayrıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR