Logo

Rusiya qəfil hücumla Kiyevi tutacaq? – İddiaların həqiqət payı varmı?

Rusiya qəfil hücumla Kiyevi tutacaq? – İddiaların həqiqət payı varmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Belarus ərazisinə "yaxşı silahlanmış 10 min əsgər” göndərib və yaxın günlərdə onların sayının 30 minə çatdırılacağı gözlənilir. Qərb analitikləri deyir ki, Rusiya ordusu sürətli yürüş-həmlə həyata keçirərək paytaxt Kiyevi tutacaq və orada marionet hökumət qurulacaq.

Maraqlıdır bu iddialar nə qədərə doğrudur? Rusiyanın Ukraynaya gözlənilən irimiqyaslı hücumunun istiqamətlərindən biri də Belarus ola bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiyanın Belarusiyaya qoşun göndərməsini digər ölkələrlə əlaqələndirib. Müsahibimiz Rusiyanın təcavüzü ilə uzunmüddətli müharibənin başlana biləcəyinə diqqət çəkib:
 

"Rusiyanın Belarus-Ukrayna sərhədinə qoşun göndərməsi təkcə Ukrayna ilə bağlı olan məsələ deyil. Bu, həm də Şərqi Avropa ölkələri üçün hərbi böhran əhəmiyyəti daşıyır. Rusiya istədiyini almaq üçün əvvəlcə hərbi böhran yaradır və qarşı tərəf geri çəkilirsə, o zaman istədiyinə nail olur. Gürcüstan və Ukraynanın timaslında da biz bunu görməliyik. Rusiyanın Ukraynaya qarşı həmlələri həm də Avropanı qorxutmaq üçün nəzərdə tutulub. Rusiya dünyanın bölüşdürülməsində özünə pay istəməklə bərabər, ABŞ-ı tərəfdar kimi görmək niyyətindədir. Rusiya əvvəlcə arxa bağça hesab etdiyi ölkələrdən pay istəyərək, bəzi ölkələrin NATO-ya daxil olmasına mane olur və bununla öz təhlükəsizliyini təmin etmək məqsədindədir. Rusiya Ukraynaya təcavüz edərsə, uzunmüddətli müharibəyə şahidlik edə bilərik. Rusiya çökmüş iqtisadiyyatın fonunda belə müharibəyə hazır deyil. Ukraynaya qarşı hərbi təcavüz olarsa, Rusiya bataqlığın içərisində parçlana bilər. Rusiyanın hərbi böhranının davam etməsi onun siyasi istiqamətdə istədiyinə nail olmaması ilə bağlıdır. Artıq Baltikyanı ölkələrdə NATO və ABŞ güclənməkdədir. Bu isə Rusiya üçün arzuolunmaz vəziyətdir. Düşünürəm ki, ABŞ-nin Rusiya yazılı formada verdiyi məsələlər müzakirə predmetinə çevrilə bilər. Bu da özündə Rusiya, ABŞ və NATO-nun qarşılıqlı addımlar atmasını özündə nəzərdə tutur”.

Politoloq Rusiyanın Kiyevi işğal etməsi ilə bağlı yayılan xəbərlərin Zelenskidə narahatlıq yaratdığını deyib:

"Qərb analitiklərinin Rusiyanın Kiyevi işğal etməsi ilə bağlı açıqlamalar verməsi Rusiyanın dünyaya işğalçı ölkə kimi tanıdılmasına xidmət edir. Bu da Rusiya üçün əlavə təzyiq yaradır. Rusiyanın Kiyevi işğal etməsi ilə bağlı səsləndirilən iddialar isə reallığa uyğun deyil. Hazırda dünyada 2014-cü ildən fərqli bir vəziyyət var. ABŞ, Avropa və NATO ölkələri Rusiyanın işğal faktı qarşısında birlik nümayiş etdirir. Rusiya da bunu müşahidə etməkdədir. Ukrayna prezidenti Zelenski də bu kimi məsələlərə çox diqqət yetirilməməli olunduğunu. Çünki bu kimi dezinformasiyalar fonunda Ukrayna iqtisadiyyatı 12 milyard zərərə uğrayıb”. 

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR