Logo

Baydendən Ukrayna ilə bağlı suala cavab: “ABŞ qoşunlarını ora göndərəcəm...”

Baydendən Ukrayna ilə bağlı suala cavab: “ABŞ qoşunlarını ora göndərəcəm...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident Co Bayden ABŞ qoşunlarını yaxın vaxtlarda Şərqi Avropadakı NATO ölkələrinə göndərəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Bayden Pittsburq şəhərinə səfərindən sonra Vaşinqtona qayıdarkən, Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı jurnalistlərə açıqlamalar verib.

"ABŞ qoşunlarını Şərqi Avropaya nə vaxt göndərəcəyinizə qərar verdinizmi?", -sualına  Bayden "Mən tezliklə Şərqi Avropadakı NATO ölkələrinə ABŞ əsgərlərini göndərəcəm” cavabını verib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi yanvarın 24-də Ukrayna böhranında gözlənilməz vəziyyətlərə qarşı NATO Cavab Qüvvələrinin işə salınacağı təqdirdə 8500 əsgər dəstək vermək üçün hazır vəziyyətdə olduğunu deyib. ABŞ-nin müdafiə naziri Lloyd Ostin isə ötən gün ABŞ hərbçilərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcəyini diqqətə çatdırıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR