Logo

Mövlud Çavuşoğlu Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüş vaxtını AÇIQLADI

Mövlud Çavuşoğlu Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüş vaxtını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Münasibətlərin normallaşdırılması üçün Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü yanvarda baş tutacaq.

Sfera.az xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

"Tarix hələ məlum deyil, lakin onun görüşün yanvarda baş tutacağı gözlənilir", - Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.

Xatırladaq ki, parlamentin vitse-spikeri Ruben Rubinyan Ermənistan tərəfdən, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç xüsusi nümayəndə təyin edilib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Moskvada xüsusi nümayəndələrin görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Eyni zamanda o, Türkiyənin "Ermənistanla vasitəçi olmadan birbaşa təmasların” tərəfdarı olduğunu vurğulayıb.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci il qondarma "Erməni Soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR