Logo

Arayik Moskvaya güvənib Paşinyanın üzərinə yeriyir – Bakı bu fürsəti necə dəyərləndirəcək?

Arayik Moskvaya güvənib Paşinyanın üzərinə yeriyir – Bakı bu fürsəti necə dəyərləndirəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb” sözləri həm Ermənistan siyasi dairələrində, həm də Qarabağ separatçıları tərəfindən böyük narahatlıqla qarşılanıb.

Aydın məsələdir ki, bu açıqlamadan sonra həm xaricdəki erməni diasporu və lobbisi, həm də daxildəki ultramilliyyətçi və radikal muxalifət Paşinyana qarşı cəbhə açacaq. Paşinyanın sözlərinə ən kəskin etiraz isə hələlik separatçılardan gəlib. Qarabağdakı separatçı-terrorçu qruplaşmanın rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar və onların maraqları sövdələşmə predmeti ola bilməz. Separatçı rejim liderlərindən olan David Babayan isə dünən mətbuata açıqlama verərək "Artsaxın müstəqilliyi”ndən danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında həmişə müəyyən narazılıqlar olub. Amma Arayik Arutyunyanla Nikol Paşinyanın münasibətləri digərləri ilə müqayisədə xeyli yaxın görünürdü. Paşinyan hakimiyyətinin ilk illərində tez-tez Qarabağa qanunsuz səfər edir, separatçı lider Araik Arutyunyana inaqurasiya mərasimi keçirir, Şuşada yeni parlament binası açmaq istəyir, Cıdır düzündə separatçılarla yallı gedirdi. Araik Arutyunyan da öz növbəsində bu il Ermənistanda keçirilən parlament seçkiləri zamanı məntəqələrin birində Paşinyanın tərəfdarı kimi fəaliyyət göstərmişdi. Bütün bunları nəzərə alsaq, məntiqi bir sual meydana çıxır: Araik Arutyunyan Nikol Paşinyana faktiki olaraq, müharibə elan etməklə hansı gücə arxalanır?

Ehtimal olunan budur ki, Araik bu məsələdə Kremlə arxalanır. Lakin Kremlin separatçılara görə rəsmi Bakı ilə qarşı-qarşıya gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta rəsmi İrəvandan fərqli olaraq son proseslərdə Bakı özünün nə qədər etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Arayikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək. Digər tərəfdən, Rusiya faktoru hər nə qədər ciddi qəbul olunsa da, separatçılar üçün əsas dəstək həmişə Ermənistan olub. Ermənistan isə bu gün bu dəstəkdən imtina edir.

Hazırda yeni situasiya yaranır və Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb. Hesab edirəm ki, rəsmi Bakı üçün ideal fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır. Ermənistanla separatçılar arasında yaranan gərginlikdən Bakı maksimum dərəcədə istifadə edib proses yekunlaşdırmalıdır.

Digər tərəfdən, proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsinin də müzakirə olunacağı haqda ehtimalların gerçəkləşəcəyi mümkün görünür. Separatçılara gəldikdə isə Ermənistan faktoru oldu-olmadı, gec-tez Qarabağda anti-teror əməliyyatı başlaya bilər. Arayikin son fikirləri isə Bakıya antiterror əməliyyatına başlaması üçün ciddi əsaslar verir.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR