Logo

Fransalı prezidentliyə namizəd Qarabağa necə gəlib? – “Rusiya sülhməramlıları izahat verməlidir”

Fransalı prezidentliyə namizəd Qarabağa necə gəlib? – “Rusiya sülhməramlıları izahat verməlidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"France Télévisions”un jurnalisti və siyasi şərhçisi Jülen Neninin sosial media hesabından paylaşdığı məlumata görə, ötən gün Fransa prezidentliyinə namizəd, Paris bölgəsi İl-de-Fransın rəhbəri Valeri Pekress gizli şəkildə Qarabağa səfər edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, burada diqqətçəkən bir neçə məsələ var. Onun sözlərinə görə, birincisi, rus sülhməramlılarının Azərbaycanın icazəsi olmadan digər şəxsləri qanunsuz şəkildə əraziyə buraxmasıdır:

"Digər məsələ Qarabağ məsələsinin belə həssas məqamında niyə maraqlı dövlətlərin nümayəndələri beynəlxalq hüquqa zidd olaraq təxribatçı addımlar atır? Nəhayət, Fransa münaqişənin həllini istəyirsə, niyə onun mediası Qarabağı "Dağlıq Qarabağ” kimi adlandırır? Atılan addımlardan da görünür ki, bütün bunlar tam şüurlu şəkildə edilib. Fransa siyasətçiləri də seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün hər cür qanunsuz əməlləri həyata keçirirlər. Digər tərəfdən isə həmin siyasətçilər Qarabağ ərazisində yerləşən nasist erməni hərbiçilərinin məzarlarını ziyarət edirlər. Fransa bununla həm də tərəflər arasında sülhün əldə edilməsi istiqamətində vasitəçi ola bilmədiyini göstərir. Onun siyasi elitası erməni lobbisinin əsirinə çevrilib”.
 

Politoloq qeyd edib ki, bir neçə gün öncə, Vladimir Putinin Qarabağda müvəqqəti fəaliyyət göstərən  rus sülhməramlılarına təşəkkür etməsindən sonra, sözügedən hadisənin baş verməsi nə Fransa, nə də Rusiyanın Azərbaycana qarşı səmimi olmadığının göstəricisidir:

"Fikrimcə, baş verənlərlə bağlı həm Qarabağa qanunsuz şəkildə səfər etmiş şəxslərin Azərbaycana girişi qadağan edilməli, həm də Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının komandanlığına qəti şəkildə etiraz bildirilməlidir. Əgər bu hallar bir də təkrar olunarsa, o zaman Azərbaycan tərəfi Laçın dəhlizində post qurmalı, rus "sülhməramlıları"nın fəaliyyətinə yenidən baxmalı, digər təminatçı ölkə Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans yaratmalıdır. Hesab edirəm ki, o zaman regionda baş verən qanunsuzluqların qarşısı müəyyən dərəcədə alına bilər”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR