15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi YENİ QAYDALARla veriləcək
Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi veriləcək. Həmin şəxsiyyət vəsiqələrində vətəndaşın fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın barmaq izləri götürülməyəcək. Habelə bu şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları daxil edilməyəcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Əzizə Zeynal
Sfera.az






