AZAL-ın ABŞ-dakı təmsilçisi Nyu-Yorkda 790 min dollara MƏNZİL ALDI
Kateqoriya məlum deyil
AZAL-ın Amerikadakı təmsilçisi Elnur Ələkbərovun Nyu-Yorkda 790 min dollara mənzil aldığı iddia olunub.
Sfera.az bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun iddiasına görə, E.Ələkbərov sözügedən mənzili bu ilin iyun ayında alıb.

"Şəhərin "3567 Shore Pkwy #H3A, Brooklyn, NY 11235” ünvanında yerləşən mənzili Elnur Ələkbərova türk əsilli Nyu York Akgök ailəsi satıb”, deyə jurnalist əlavə edib.

Xatırladaq ki, Elnur Ələkbərov 2017-ci ildən Nyu Yorkda AZAL-ın törəmə müəssisəsi kimi qeydiyyata alınmış AZAL TRAVEL INC. şirkətininin direktorudur.




Türkan






