Sosial şəbəkələrdə səs yazısı yayılan məktəb direktoru İŞDƏN ÇIXARILDI
Kateqoriya məlum deyil
Sosial şəbəkələrdə müəllimlərdən pul yığılması ilə bağlı səs yazısı yayılan Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya tutduğu vəzifədən azad olunub.
Sfera.az-ın əldə etdiyi məlumata görə, C.Quliyeva bu gün vəzifədən kənarlaşdırılıb.
Xatırladaq ki, direktora aid olduğu bildirilən səs yazısında sinif rəhbərlərinə valideyn-müəllim assosiasiyası (VMA) tərəfindən yığılan üzvlük haqqını ödəməyən valideynlərdən bu haqqı toplamaq tələb edilir. Qeyd edilir ki, hansı müəllimin sinfində pulu gətirməyən varsa, onu sinif rəhbərləri özləri ciblərindən düzəldib versinlər.
Yayılmış səs yazısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İnci





