NATO-nun baş katibi Rusiyanı hədələdi: “Bunun bədəli ağır olacaq...”
Kateqoriya məlum deyil
"Ukrayna sərhədi yaxınlığında Rusiyaya məxsus hərbi birləşmələrin hərəkətlənməni dayandırdığına və ya yavaşlatdığına dair heç bir əlamət görmürük. Əksinə, proses davam edir”.
Sfera.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O, baş verənləri Avropanın təhlükəsizliyinə təhdid adlandırıb və qarşı tərəfə növbəti xəbərdarlığını edib:
"Rusiyanı diplomatiyaya qayıtmağa, gərginliyi azaltmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. Ukraynaya qarşı növbəti təxribatın ciddi nəticələri və ağır bədəli olacaq".Turan Rzayev






