Logo

Putinlə Makronun telefon söhbətində Qarabağ mövzusu – Nə danışıblar?

Putinlə Makronun telefon söhbətində Qarabağ mövzusu – Nə danışıblar?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fransa Qarabağla bağlı proseslərdə yenidən iştirakçı olmaq istəyindədir".

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Politoloq Rusiya ilə Fransa liderləri arasında ötən gün baş tutmuş telefon danışığını şərh edib:

"Rusiya prezidenti ilə Fransa prezidenti arasındakı bu telefon danışığın mahiyyəti təkcə Qarabağla bağlı deyil. Bilirsiniz ki, regionda çox həssas məsələlər var. Xüsusilə Ukrayna, eyni zamanda NATO-Rusiya qarşıdurması, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi və bu kontekstdə Ukrayna böhranı, ABŞ-ın Şərqi Avropada orta mənzilli raketlərinin yerləşdirilməsi ilə bağlı çox ciddi narahatlıqları var. Əslində Rusiya 100 minə yaxın qoşunu Ukrayna sərhədinə yığmasının məqsədini də məhz bununla əlaqələndirir ki, NATO və ABŞ Rusiyaya qarşı sərhədlərini genişləndirməyəcəyinə zəmanət vermir. Rusiya istəklərinə nail olmayanadək bu hərbi böhran davam edəcək”.

Ekspert düşünür ki, Fransa və Rusiya prezidentlərinin danışıqlarndakı mövzulaardan biri də Qarabağ olub:

"Çünki Qarabağ məsələsində, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində əsas geosiyasi vasitəçi Rusiyadır. Fransa isə yenidən bu prosesdə iştirak etmək və regiona qayıtmaqla öz təsir imkanlarını saxlamaq istəyir. Lakin bunu Rusiyasız etmək mümkün deyil. Rusiya bu məsələdən bir alət olaraq istifadə edir. Lakin bu o demək deyil ki, Rusiya Qarabağda özünə alternativlər axtarır. Əlbəttə bu belə deyil. Rusiya Fransa və ATƏT-in Minsk qrupu çərçivəsində Fransa və ABŞ kimi dünya güclərinin regiona gəlməsində maraqlı deyil. Sadəcə bundan geosiyasi alət – yəni Qərblə danışıqlar müstəvisi kimi istifadə edir və paralel olaraq Rusiya bu cür danışıqları aparmaqla həm də Azərbaycana müəyyən mənada təzyiq vasitəsi kimi saxlayır.

Azərbaycan isə Fransanın da təmsil olduğu ATƏT-in Minsk qrupu müstəvisini o qədər də arzulamır. Çünki ortada 28 illik təcrübə var və bu təcrübə Qarabağ probleminin həllinə müsbət qatqı ilə yadda qalmayıb".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR