Logo

Yunan Kiprinin Azərbaycan düşmənçiliyinə cavab olacaq? – “XİN mövqe bildirməlidir...”

Yunan Kiprinin Azərbaycan düşmənçiliyinə cavab olacaq? – “XİN mövqe bildirməlidir...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 3-də Cənubi Kipr Respublikasının (Yunan Kipri) Nümayəndələr Palatası tərəfindən "Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı qətnamə qəbul edilib. Xatırladaq ki, bu, yunan Kiprinin Azərbaycan əleyhinə ilk belə qərarı deyil.

Rəsmi Lefkoşanın belə bir mövqe sərgiləməsi Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsini yenidən aktuallaşdırıb. Maraqlıdır, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan tərəfi məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində cavab verməlidir:

"Ölkələr bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət etməlidir. Bu seçim məsələsi deyil, beynəlxalq hüququn tələbidir. Yunan Kipri həm 44 günlük müharibə zamanı, həm də postmüharibə dövründə ermənipərəst mövqe sərgiləyib. Görünən odur ki, bu gün də həmin mövqeyindən əl çəkmək niyyətində deyil. Bu ölkənin Nümayəndələr Palatasının "Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı qətnaməni qəbul etməsi isə tamamilə qərəz nümayişi, açıq düşmənçilikdir.

Azərbaycan bu günə qədər heç bir ölkənin ərazisinə təcavüz etməyib. Azərbaycanın 20 faiz ərazisi 27 il ərzində erməni işğalına məruz qalıb. Bu reallığı görməmək üçün kor olmaq lazımdır. Digər tərəfdən, Azərbaycan Kipr Respublikasının ərazi bütövlüyünə hörmət edərək bu günə qədər Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımayıb. Rəsmi Levkoşa bu mövqeyində israrlı olsa, Bakının da gələcəkdə məsələyə yanaşması dəyişə bilər".

Politoloq hesab edir ki, Qarabağ ətrafında baş verən proseslər yekunlaşmamış, Ermənistan-Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmamış Şimali Kiprin müstəqilliyinin tanınması məsələsi gündəmə gəlməməlidir:

"Şimali Kipr Türk Cümhuriyyəti ilə bizim əlaqələrimiz var. Lakin bu dövlət səviyyəli deyil. Bununla belə, bu Türk ölkəsinin müstəqilliyinin tanınması hər zaman aktual olub. Hesab edirəm ki, gec-tez bu baş verəcək, lakin hazırda mümkün deyil. İmkan verə bimərik ki, Yunanıstan və bir sıra digər ermənipərəst ölkələr bunu bizim əleyhimizə çevirsin. Onsuz da hazırda bu məsələ Türk Birliyinin gündəliyindədir. Yəni məsələ bundan sonra da aktual olaraq qalacaq".

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR