Logo

“İran bunu gec başa düşdü, amma...” - Tofiq Zülfüqarov

“İran bunu gec başa düşdü, amma...” - Tofiq Zülfüqarov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hidayəti deyib ki, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər. Halbuki bir müddət öncə adıçəkilən tranzit marşrutunun Ermənistanın üzərindən yaradılması gündəmdə idi.

Maraqlıdır, İranın Ermənistandan imtina edib Azərbaycanla bu layihəni icra etmək istəməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, İran gec də olsa başa düşdü ki, Ermənistan layihənin öz öhdəsinə düşən xərclərini çəkmək istəmir:

"Məsələ ondadır ki, Ermənistan və Azərbaycan coğrafi olaraq eyni xüsusiyyətlərə malik deyil. Ermənistan ərazisinin böyük hissəsi dağlardan ibarətdir. Bu da belə bir layihənin reallaşmasını çətinləşdirən ilkin təbii amildir. Digər tərəfdən, bu layihəni reallaşdırmaq üçün Ermənistana milyardlarla dollar vəsait lazımdır. Çünki həm mövcud yollar bərpa edilməli, həm də dağlıq ərazilərdən tünellər çəkilməlidir. Rəsmi İrəvanın isə nə bu qədər vəsaiti var, nə də ümumiyyətlə belə bir xərci çəkmək niyyəti. Reallıq ondan ibarətdir ki, Ermənistan bu layihədə iştirak etmək istəsə də, bütün xərcləri İranın ödəməsini arzulayır. Rəsmi Tehran isə bunu qəbul etmir. İran ümumiyyətlə bu layihə ilə mövcud iqtisadi sanksiyalardan xilas olmaq istəyir. Yəni İrana əlavə xərc lazım deyil”.

Diplomatın sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycanda daha keyfiyyətli və hazır yollar mövcuddur: "Yəni yeni yolların çəkilməsi və ya mövcud yolların yenilənməsi kimi bir zərurət yoxdur. Ümumiyyətlə, belə bir zərurət olsaydı belə hesab edirəm ki, Azərbaycan tərəfi narazılıq etməzdi. İranın bu layihəsi bizim üçün məqbuldur və regionun inkişafı, ölkələrin iqtisadi əməkdaşlığı baxımından önəmlidir. Digər tərəfdən, Ermənistan bununla çox ciddi bir fürsəti əldən vermiş oldu. Onsuz da iqtisadi blokadada olan Ermənistan bununla mövcud vəziyyətini daha da ağırlaşdıracaq. Bu həm də Zəngəzur dəhlizinin açılması məsələsini sürətləndirən amil olacaq”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR