Logo

“Evi plana düşmüş vətəndaş ayağını dirəyib köçmürsə...” – Deputatdan vətəndaşları narazı salacaq açıqlama

“Evi plana düşmüş vətəndaş ayağını dirəyib köçmürsə...” – Deputatdan vətəndaşları narazı salacaq açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sənədlər havadan asılı qalıb. İş adamları var ki, köhnə sənədlərə uyğun milyonlarla pul mənimsəyib”.

Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclası zamanı deyib.

Deputat tikinti işlərinin düzgün insanların əlində olmadığını diqqətə çatdıraraq əlavə edib ki, plana düşən mənzillərdən vətəndaşların köçürülməsi hansısa səbəblərdən uzanır:

"Bəzən evi plana düşmüş hansısa vətəndaş ayağını dirəyir ki, köçmürəm. Buna görə də tikinti işləri uzanır və insanlar əziyyət çəkir. Təklif edirəm ki, əgər plana düşmüş ərazilərdə sakinlərin 70 faizi köçməyə razılıq verirsə, bu iş hüquqi müstəvidə həyata keçirilsin və digər 30 faiz qanuna uyğun şəkildə köçürülsün”.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR