Logo

Azərbaycan Türkiyə ilə birgə antiterror əməliyyatına başlayır? – “Şuşa bəyannaməsi buna zəmin yaradır”

Azərbaycan Türkiyə ilə birgə antiterror əməliyyatına başlayır? – “Şuşa bəyannaməsi buna zəmin yaradır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənistanın Laçın və Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozmasının məqsədi strateji yüksəklikləri ələ keçirib, delimitasiya prosesində mövqeyini gücləndirməkdən ibarətdir”.
 
Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
 
Politoloq Türkiyənin də iştirakı ilə antiterror əməliyyatlarının başlaya biləcəyini istisna etməyib:
 
"Ermənistan tərəfi çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək avtomobil yolu Rusiyanın nəzarətində olmasın. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Lakin daxili siyasi vəziyyətə görə buna getmir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin fəaliyyətinə gəldikdə isə Moskva burada əsasən, Azərbaycana qarşı yeni ssenarilər hazırlayır. Bu, terror-təxribat və diversiya fəaliyyəti ola bilər. Ona görə də Azərbaycan konkret olaraq ciddi şəkildə antiterror əməliyyatlarına başlamalıdır. Əgər, antiterror əməliyatları başlayacaqsa, Türkiyə də bu prosesdə iştirak edəcək. Çünki, "Şuşa" Bəyannaməsi Türkiyənin birbaşa Azərbaycana hərbi kömək gösətməsini labüd edir”.
 
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR