Logo

NATO və Rusiya Ukrayna sərhədində üz-üzə gəldi - Putin yeni işğala hazırlaşır?

NATO və Rusiya Ukrayna sərhədində üz-üzə gəldi - Putin yeni işğala hazırlaşır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa paytaxtlarında bir sıra təmaslarda olan Amerika kəşfiyyatının yüksək vəzifəli nümayəndələri müttəfiqlərinə Moskvanın Ukraynanın şərqində yeni əraziləri birləşdirmək üçün hərbi əməliyyata başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Sfera.az "Blomberg” xəbər agentliyinə istinadən bildirir ki, sözügedən kəşfiyyatın mənbəyi ilə bağlı məlumatlar paylaşılmayıb, lakin Rusiyanın Ukrayna sərhədində on minlərlə əsgər və tank yığdığını göstərən peyk fotoşəkilləri iddiaların əsasını təşkil edir. Eyni zamanda Rusiya bombardmançılarının son vaxtlar Belarus hava məkanında kəşfiyyat uçuşları həyata keçirdiyi də vurğulanır.

Donbass bölgəsində illərdir rus separatçı hərəkatlarına qarşı mübarizə aparan Ukrayna son hadisələrlə paralel olaraq, sərhədə əlavə 8500 əsgər göndərib. AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano hadisə ilə əlaqədar indiyə qədər əldə edilən məlumatların narahatlıq doğurduğunu deyərək, sərhəddəki fəaliyyəti yaxından izlədiklərini bildirib. ABŞ dövlət katibi Antoni Blinken isə Rusiyanın 2014-cü ildəki kimi səhvə yol verəcəyindən narahat olduqlarını deyib. NATO rəsmisi bildirib ki, alyans Rusiya qüvvələrinin hərəkətlərini fəal şəkildə izləyir.
 

Bu arada Belarus və Rusiya Aİ-nin narahatlığını daha da artıracaq addım atıb. İki müttəfiq ölkə paraşüt qoşunlarının iştirakı ilə birgə təlimlər keçirdiklərini bildiriblər. Təlimdə Rusiyanın "II-76” təyyarələri və Belarus ordusunun helikopterləri də iştirak edib.

Cümə axşamı isə Belarus lideri Aleksandr Lukeşenko silahlı qarşıdurma ehtimalına işarə edib: "Sərhəddəki qaçqınlar döyüşməyi bilən kürdlərdir. Onların Donbassdan bölgəyə silah gətirdikləri barədə məlumatlar var”.

Böhran başlayandan bəri Polşanın sərhəd bölgəsinə göndərdiyi əsgərlərin sayı 15 minə çatıb.

İlhaq iddiaları isə Moskva tərəfindən rədd edilib. "Bu cür iddialar gərginliyi artırmaq cəhdindən başqa bir şey deyil” deyən və Amerika döyüş gəmilərinin Qara dənizdə olmasına diqqət çəkən Kremlin sözçüsü Dmitriy Peskov hərbi fəaliyyətlərini sürətləndirən tərəfin əslində NATO olduğunu iddia edib. Peskov: "ABŞ və onun rəhbərlik etdiyi NATO ittifaqı günü-gündən Rusiya sərhədlərinə yaxınlaşır və ciddi qüvvələr toplayır”, deyə qeyd edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR