Logo

Bakı Qriqoryanın Zəngəzur dəhlizinin alternativi təklifinə razılıq verəcəkmi? – “Heç vaxt”

Bakı Qriqoryanın Zəngəzur dəhlizinin alternativi təklifinə razılıq verəcəkmi? – “Heç vaxt”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycan Naxçıvana yol istəyirsə, Xındzoresk yolundan istifadə etmək məqsədəuyğundur: "Bunun əvəzində biz Xindrozesk-Horadiz yolundan istifadə imkanı əldə edirik. Lakin bu məsələlər hələ müzakirə olunur”.

Maraqlıdır, Qriqoryanın bu təklifini Azərbaycan üçün nə qədər məqbul hesab etmək olar və Zəngəzur dəhlizinin əvəzinə Azərbaycanın bu yolu seçmək ehtimal varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli Armen Qriqoryanın təklifini hiyləgərlik adlandırıb və Azərbaycanın bu təklifi heç bir halda qəbul etməməli olduğunu bildirib:

"Əgər söhbət yalnız Naxçıvanla quru bağlantısı olsaydı, Qriqoryanın bu təklifi ilə razı ola bilərdik. Ancaq indiki halda bu bizim üçün məqbul deyil. Məsələ ondadır ki, Qriqoryanın bu təklifi 10 noyabr bəyanatını heçə saymaqdır. Bizə sadəcə bir yol lazım olsa idi, biz bunu 44 günlük müharibənin gedişində də həll edə bilərdik”.

Politoloq hesab edir ki, Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin prioriteti olmayıb, bu məhz 10 noyabr bəyanatı hazırlanarkən prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qəbul etdirilib:

"Bu isə məsələnin nə dərəcədə vacib olduğunu göstərir. Bu mənada heç bir halda Qriqoryanın bu və ya bənzər təklifləri ilə razı ola bilmərik. Zəngəzur dəhliz halında Azərbaycana verilməlidir. Onun təhlükəsizliyini Laçında olduğu kimi Rusiya sülhməmarlıları qoruya bilər. Bu, müzakirəyə açıq məsələdir. Ancaq dəhlizin verilməməsi, bax bu müzakirəyə qapalıdır”.

Politoloqun fikrincə, Qriqoryanın bu təklifi ondan xəbər verir ki, nə Ermənistan siyasi elitası, nə də daxili auditoriya Zəngəzur dəhlizinə razılıq vermək istəmir:

"Ermənistan daxilində bu məsələ uzun müddətdir ki, müzakirə edilir. Onlar elə hesab edirlər ki, Zəngəzur dəhlizinin açılması gələcəkdə Ermənistanın işğalına yol açacaq. Odur ki, ortaya yeni alternativlər atırlar. Ancaq Ermənistan tərəfinin heç bir alternativ təklifi Zəngəzur dəhlizi ilə əvəzlənə bilməz. Ermənistan bu məsələdə israr etsə, Laçın dəhlizinin də statusu ləvğv edilməlidir. Axı nə üçün Ermənistan 10 noyabr bəyanatının şərti olan Zəngəzur dəhlizini  verməməli, Azərbaycan isə Laçın dəhlizini verməlidir? Rəsmi İrəvan bu məsələni düşünüb ona görə addım atsa, daha yaxşı olar".

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR