Vüqar Səfərli və Əli Həsənov ifşa edildi — Məhkəmədə qalmaqallı ifadələr
Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tərəf kimi tanınan Media İnkişaf Fondu mülki iddia verib.
Onlar mülki iddia ərizələrində dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq Media İnkişaf Fondunun xeyrinə ödənilməsini istəyiblər.
Daha sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mühasib işləmiş Təhminə Yaqubova ifadə verib.
Daha sonra Təhminə Yaqubovanın ifadəsində ziddiyyətlər olduğundan istintaqda verdiyi ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, Vüqar Səfərlinin xanımının adına olan qəzetə vəsait ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.






