Poroşenko iki gün sonra Azərbaycana gəlir
Kateqoriya məlum deyil
Ukrayna prezidenti Pyotor Poroşenko 13-14 iyul tarixində Azərbaycana rəsmi səfər edəcək.
Sfera.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Poroşenko səfərin gedişatında Azərbaycan Respublikasıvə Ukrayna Prezidentləri Şurasının beşinc
i iclasında iştirak edəcək, həmçinin digər görüşlər keçirəcək. Bundan başqa, səfər proqramında iki ölkə arasında münasibətlərin yaxşılaşmasına yönəlmiş ikitərəfli razılaşmaların imzalanması da daxildir.






