Logo

ABŞ Rusiya sərhədlərinə F-16-lar göndərdi – Alyaskadakı gərginlik nəyə hesablanıb?

ABŞ Rusiya sərhədlərinə F-16-lar göndərdi – Alyaskadakı gərginlik nəyə hesablanıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin may ayından etibarən ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı Alyaskada təlimlər keçirir. Bir müddət öncə isə ABŞ Hərbi Hava Qüvvələri müharibə vəziyyətinə hazırlıq çərçivəsində Rusiya sərhədlərinə yaxın yerləşən Şemya adasındakı hava limanına F-16 qırıcıları göndərib.

Maraqlıdır, Vaşinqton Alyaskadakı hərbi mövcudluğunu artırmaqla Kremlə hansı mesajı verir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, son günlərdə Rusiya ilə ABŞ arasında gərginlik artmaqdadır.

"Son günlər tərəflərin hərbi təyyarələri Baltikyanı ölkələrin hava məkanında ard-arda uçuşlar keçirərək, bir-birini qıcıqlandırır. Düzdür, bu kimi hallar əvvələr də olub, lakin güc nümayişi heç vaxt indiki həddə olmamışdı. Gərginliyin yeni bir cəbhəyə - Alyaskaya daşınması isə həm də ondan xəbər verir ki, Vaşinqton Rusiyaya daha yaxın bölgələrdə hərbi varlığını göstərərək, onu çəkindirmək istəyir. Bunu həm də ABŞ-ın Rusiyanı mühasirəyə alması kimi də analmaq olar”.

Ekspert ABŞ-Rusiya gərginliyinin lokal müharibə sferasına daxil olacağına inanmır:

"Əvvəla, ona görə ki, Kremlin 7 minə yaxın nüvə başlığı var. Bu ikili arasında ehtimal edilən hansısa müharibə faktiki olaraq nüvə müharibəsinə səbəb ola bilər. Buna görə də belə bir addımı nə Kreml, nə də Vaşinqton atar”.

Müsahibimiz qeyd edib ki, ABŞ-ın Çin əleyhinə koalisiya təşkil etdiyi bir zamanda Rusiya ilə gərginliyi artırması məntiqsiz olardı:

"Hazırda Vaşinqton Pekin əleyhinə Sakit okeanda Yaponiya, Hindistan, Cənubi Koreya, hətta Avstraliya ilə birlikdə koalisiya təşkil etməyə çalışır. Pekinin artan hərbi və iqtisadi qüdrəti ABŞ-ı Rusiyadan daha çox narahat edir. Buna görə də ehtimal odur ki, Vaşinqton Alyaskadakı hərbi mövcudluğunu artıraraq Çin əleyhinə hazılıq görür. Düzdür, Alyaska Çindən çox Rusiyaya yaxındır, ancaq ola bilər, bu həm də hədəf yayındırmaqdır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR