Logo

DTX rəisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ – “Qətiyyətli tədbirlər görüləcək"

DTX rəisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ – “Qətiyyətli tədbirlər görüləcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi narahatlıq doğuran məsələlərdən biridir".

Sfera.az-ın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev "Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində deyib.

DTX rəisi həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb:

"Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək".

Ə.Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib.

O çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR