Logo

Ermənilər Xankəndini niyə kütləvi şəkildə tərk etməyə başlayıb? - Qışa qədər...

Ermənilər Xankəndini niyə kütləvi şəkildə tərk etməyə başlayıb? - Qışa qədər...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Erməni mənbələrinin iddialarına görə, Qarabağda yaşayan ermənilər sürətlə Xankəndini tərk edirlər. Erməni siyasi şərhçi Samvel Ohanesyanın ötən gün bununla bağlı açıqlaması isə, səs-küyə səbəb olub. "Hər gün onların sayı azalır, çünki demək olar ki, hamı Qarabağı tərk etmək barədə düşünür. Bizim üçün əsl faciəyə bərabər olan hadisə yaşayırıq”, - deyə o qeyd edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Xankəndində yaşayan 20-25 minə yaxın erməninin zaman keçdikdə oranı tərk etmək niyyətlərinin labüd olacağı ilə bağlı proqnozlar özünü tam doğruldur. Müsahibimiz bildirib ki,  bununla bağlı səbəb də bəlli idi:

"Ermənilər güman edirdilər ki, bir müddət rus sülhməramlılarının humanitar missiyası çərçivəsində yaşamaqları mümkündür. Amma faktiki olaraq, sülhməramlılar da hər şeyin öhdəsindən gələ bilmirlər. Məsələn, Xankəndində uzun müddət əhali istilik enerjisinin çatışmazlığından əziyyət çəkib və bu gün də bu proses davam edir.  Digər kommunal problemləri də var. Ən başlıcası, işlə təminat məsələləri yoxdur. Bir çox hallarda vəziyyətdən çıxış yolu kimi İrandan gələn TIR-ların daşıdığı yüklər onların köməyinə gəlirdi. İndi daha o proses də dayanıb. Orta statistik erməni Xankəndində əyləşib düşünməyə başlayır ki, nə vaxta qədər belə olacaq? "Qarşıdan qış mövsümü gəlir, hələ indi vəziyyət bu cür acınacaqlıdırsa, o zaman qarşıda bizi nə gözləyir?”, - deyə özlərini sorğulayırlar. Bu sualların  heç bir müsbət cavabını tapa bilmirlər”.

Millət vəkili qeyd edib ki, Xankəndində yaşayan ermənilərin Şuşada olan Azərbaycan əsgərlərinə müraciətləri də təsadüfi deyil:

"Həmin müraciətlərdə onlar Şuşada işləmək istədiklərini bildirirlər, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini gizlətmirlər. Lakin məsələlərin hamısı hüquqi baxımdan tənzimlənməlidir. Həmin 20-25 min erməni rəsmən Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, ölkəmizdə yaşayan digər etnoslar kimi bərabər hüquqlardan istifadə edə, işlə də təmin oluna və gələcəyə nikbin baxa bilərlər. Ancaq bu günkü reallıq onlar üçün çox acınacaqlıdır. Nə qədər ki, Qarabağda, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgələrdə əli silahlı ermənilər var, deməli həllini gözləyən məsələlərin tənzimlənməsi yubanacaq. Orada bir nəfər də olsun, əli silahlı erməni qalmamalıdır. Orada ancaq dinc əhali qalmalı və açıq şəkildə Azərbaycan vətəndaşlığını qəbul etdiklərini bəyan etməlidirlər. Azərbaycan pasportunu daşımalı, dilini öyrənməlidirlər. Bunu etməyəcəkləri təqdirdə, bu gün 25 min, sabah 15 min, sonra 10 minə qədər azalacaqlar. Orada erməni əhalisi əriməyə başlayacaq. Ermənistana dönüş və oradan xarici ölkələrə getmək prosesi reallaşacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR