Logo

"İranın Azərbaycanla danışıqlarda vasitəçi axtarmağa ehtiyacı yoxdur" - Türkiyəli millət vəkili

"İranın Azərbaycanla danışıqlarda vasitəçi axtarmağa ehtiyacı yoxdur" - Türkiyəli millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskvaya səfəri rəsmi Tehranın istədiyi kimi keçmədi. Yəni İran rəsmisi Rusiyadan "əliboş" qayıtdı.

Maraqlıdır, bundan sonra İranın Azərbaycan siyasətində dəyişiklik olacaqmı?

Mövzuyla bağlı Sfera.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım İkinci Qarabağ müharibəsindən sonra regionda mənzərənin dəyişdiyini və İranın da bunu qəbul etməli olduğunu bildirib:

"44 günlük Qarabağ savaşından sonra Türkiyə və Rusiya bölgədə daha çox söz sahibi olmağa başlayıb. İranın bundan rahatsız olduğunu görürük, amma buna səbəb yoxdur. Çünki ortada 6-lıq platformanın olması ilə bağlı təkliflər var və İran da burada iştirak edə bilər. Ermənistan buna daha isti yanaşsa da, İranın mövqeyi fərqlidir.

İran Azərbaycanla Türkiyənin İsraillə olan hərbi əməkdaşlığından narahatdır. Amma hər bir ölkənin kiminlə dost, kiminlə müəyyən qədər məsafəli davranması həmin ölkənin rəhbərliyinin seçimidir. İran müsəlman ölkəsidir, buna görə də Azərbaycanla indikindən fərqli münasibət qurmalıdır. Bütün bunları bir yana qoysaq, qonşuluq, dostluq adına ikitərəfli əlaqələr inkişaf etməldir”.

Deputat hesab edir ki, İranın Azərbaycanla danışıqlar aparması üçün vasitəçiyə ehtiyacı yoxdur:

"İran istədiyi vaxt Azərbaycanla, Türkiyə ilə birbaşa danışıq apara bilər. İran bunu qəbul etməlidir ki, İkinci Qarabağ savaşından sonra ortaya yeni mənzərə çıxıb. Hər kəs digər ölkənin sərhədlərinə hörmət etməlidir. Azərbaycan, Türkiyə  Ermənistanla sərhədləri işğal səbəbi ilə bağlamışdı. Lakin indi Türkiyə Ermənistana xoşməramlı davranır. İran da Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışmalıdır. Çünki sərt açıqlamalar verməklə nəyəsə nail olmaq mümkün olmayacaq. Ümid edirəm, tezliklə bu coğrafiyada davamlı və etibarlı barışıq bərqərar olacaq".

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR