ABŞ hərbi eksperti: "İran Azərbaycan üçün daha az əhəmiyyət kəsb edə bilər"
Kateqoriya məlum deyil
ABŞ mərkəzli nüfuzlu düşüncə quruluşu olan "Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Luke Coffey son günlər Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi ilə bağlı "Twitter" sosial media platformasındakı hesabından Azərbaycanla bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, ABŞ hərbi eksperti qeyd edib ki, bu, 2-ci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallığı əks etdirən müsbət inkişafdır.
"Ümid edirik ki, bu, Ermənistanla Azərbaycan arasında daha etibarlı ünsiyyət qurmaq üçün bir xidmət edə bilər. Bu eyni zamanda İranın Azərbaycan üçün daha az əhəmiyyət kəsb etməsinə səbəb ola bilər və bu da Tehranı narahat edir".
Gülər
Sfera.az







