Logo

“İran Ermənistanın bacarmadığını etməyə çalışır” – Azərbaycanı təxribata çəkmək və...

“İran Ermənistanın bacarmadığını etməyə çalışır” – Azərbaycanı təxribata çəkmək və...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İranın hədəfi bugünkü Azərbaycan deyil, gələcəkdəki Azərbaycandır".

Sfera.az xəbər verir ki, bunu politoloq Araz Aslanlı deyib. Dövlət Gömrük Akademiyasının rəis müavini İranın son siyasətinin iki səbəbinin olduğunu bildirib:

"İranın son siyasətinin dərin strateji səbəbləri ilə yanaşı 44 günlük müharibədən sonrakı mərhələyə dair 2 xüsusi səbəbi var:

1. Adətən çox peşəkarca idarə olunan İranın xarici siyasəti Yaxın Şərqdə ard - arda aldığı zərbələrin (xüsusilə sui-qəsdlər) üstünə Azərbaycanın İran üçün gözlənilməz olan zəfəri də gəlincə, bir qədər "sərsəmlədi" və ilk dəfə bu qədər strategiya böhranı yaşayır.

2. İranın hədəfi bugünkü Azərbaycan deyil, gələcəkdəki Azərbaycandır: ərazi bütövlüyünü bərpa etmiş, qalib, inkişaf potensialı yüksək olan Azərbaycan.

İran Ermənistanın bacarmadığını etməyə çalışır: Azərbaycan Respublikasını özü üçün təhlükəli səviyyəyə gəlmədən gərginliyin içinə çəkmək, güc itkisinə səbəb olmaq".

Ploitoloq həmçinin: "İran əslində özünü şir olaraq görmür. Azərbaycanı gələcəyin şiri olaraq görür", deyə əlavə edib.

A.Aslanlı bəzi dövlətlərin İranı bu siyasəti aparmağa təhrik etdiyini qeyd edib: "1994-cü ildən sonrakı mərhələdə Azərbaycanın getdikcə gücləndiyini anlayan Ermənistan dəfələrlə Azərbaycanı təxribata çəkərək, vaxtından öncə güc itkisinə səbəb olmaq istədi. 2020-ci ildəki Şuşa təxribatı və iyuldakı Tovuz hadisələri Ermənistanın son təşəbbüsləri oldu. Amma bacarmadılar. Azərbaycan tarixi məqamı gözlədi, Ermənistan istədiyi zaman deyil, özünü hazır hiss etdiyi zaman addım atdı və Ermənistanın son sentyabr təxribatına lazımı cavabı verdi”.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR