Əbülfəs Qarayev Bakı Ağır Cinayətlər Məhkəməsinə ÇAĞIRILDI
Kateqoriya məlum deyil
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb.
Sfera.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir bu gün məhkəməyə getməli olub. Qarayevin hansı səbəbdən məhkəməyə çağırıldığı isə bəlli deyil. Belə ki, bununla bağlı sabiq nazirlə əlaqə yaratmağa çalışsaq da, cavab ala bilmədik.
Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılmışdı.Günay Rəsulqızı
Sfera.az






