Logo

Saakaşvili qayıdışı ilə Gürcüstan hakimiyyətini çıxılmaza saldı - Onu niyə həbs edə bilmirlər?

Saakaşvili qayıdışı ilə Gürcüstan hakimiyyətini çıxılmaza saldı - Onu niyə həbs edə bilmirlər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Saakaşvilinin Gürcüstana oktyabrın 2-də gələcəyi gözlənilirdi. O, Tiflisə həmin tarixə bilet almışdı”.

Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkəsinə qayıtmasını şərh edərkən deyib.

O, bildirib ki, Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib:

"Məslə ondadır ki, Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvilini həbs etmək hazırkı hakimiyyət üçün problem yarada bilər. Bununla belə onun sərbəst fəaliyyətinə şərait yaratmaq da problemə səbəb ola bilər. Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi onun reytinqini daha da artıracaq. Belədə ABŞ və Avropa onu siyasi məhbus kimi qiymətləndirəcək və rəsmi Tbilisiyə təzyiqi artıracaq. NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti çətin ki, Qərbin təzyiqlərinə dözə bilsin”.

Politoloqun sözlərinə görə, Mixail Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi İvanişvilinin hakim "Gürcü arzusu" partiyasının problemlərini artıracaq:

"Mixail Saakaşvili yenə dediyini etdi. Vaxtilə onu keçmiş dostu, Ukraynanın eks-prezidenti Petro Poroşenko da zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil.  Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxarırlar. Vladimir Zelenski prezident seçiləndən sonra Mixail Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi, onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı, ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var. Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün vətənində yeni mübarizə dövrü başlayır”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR