“Yağışlı hava yoluxmanı artıracaq” – İnfeksionist
Virusun hava-damcı yolu ilə yayıldığını nəzərə alsaq payız aylarında yoluxma riskinin yüksək olacağını proqnozlaşdırmaq olar.
Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur və yağışlı havanın yoluxma sayına hansısa formada təsiri ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli yağışlı havaların koronavirusa yoluxma sayını artıra biləcəyini təsdiqləyib:
"Havada su partikullarının təbii və ya süni şəkildə artması istənilən halda yoluxma ehtimalını artırır. Çünki hava- damcı viruslarında əsas daşıyıcı həmin bu partikullardır. Xüsusilə, mövsümlə əlaqədar olaraq havanın soyuması insanların qapalı mühitlərdə çox olmasına, pəncərələri bağlamaqla otağının aerasiyasının azaldılmasına səbəb olur. Bu özü də digər bir faktordur".
İnfeksionist payız aylarında infeksion xəstəliklərin artacağını proqnozlaşdırır:
"Artıq payız fəslidir, bu səbəbdən mövsümi infeksion xəstəliklərin artacağı təbiidir. Hazırda bütün dünya üzrə proqnozlar belədir ki, COVID-19 da özünü digər mövsümü infeksion xəstəliklər kimi aparacaq və yoluxmada artım olacaq".Əzizə Zeynal
Sfera.az





