“Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik” – Deputatdan “böyük təhlükə yaranıb” açıqlaması
Kateqoriya məlum deyil
"Ölkədə ən ciddi problemlərdən biri din pərdəsi altında gizlənən casus şəbəkəsidir. Bəzi qurumlarımızın məsuliyyətsizliyi üzündən böyük təhlükə yaranıb”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.
O, dinlə bağlı qanunvericiliyə dəyişikliyi vacib hesab etdiyini bildirib:
"Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik. Cəhalət ölkədə sürətlə yayılır. Bu da təhsillə bağlıdır. Müvafiq dövlət qurumunun səlahiyyətləri artırılmalıdır. Bu barədə hansı dövlət qurumuna müraciət etsək, cavab belə olur ki, bu, bizim səlahiyyətimizdə deyil. Bəs, bu məsələyə kim baxmalıdır?”Əzizə ZEYNAL






