Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı
Sfera.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşıb.
"Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edildi.
İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - nazir qeyd edib.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, həmçinin, AZPROMO və KOBİA ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb:
"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”.






