Logo

“Həmsədrlər gəlib nəyi müzakirə edəcəklər?” – Politoloqdan Lavrovun fikirlərinə ETİRAZ

“Həmsədrlər gəlib nəyi müzakirə edəcəklər?” – Politoloqdan Lavrovun fikirlərinə ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün mətbuata açıqlamasında Rusiya, ABŞ və Fransadan olan üç həmsədrin bugünlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyünü bildirib. S.Lavrov bildirib ki, görüşdə həmsədrlərin regiona səfərlərinin bərpası, Ermənistan və Azərbaycan nümayəndələri ilə yerində danışıqlar aparması, habelə Xankəndiyə səfər etmələri barədə razılıq əldə olunub.

Maraqlıdır, həqiqətən də tərəflər arasında həmsədrlərin regiona qayıtmasına dair razılıq əldə olunub? Digər tərəfdən, həmsədrlərin regiona qayıtması nədən xəbər verir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, həmsədrlərin fəaliyyətlərini bərpa etməsi və bölgəyə səfərə hazırlaşmasının Azərbaycana xeyri yoxdur.

"Məsələ ondadır ki, rəsmi Bakı Laçın dəhlizinə nəzarət etmir. Kim istəyir, nə istəyir keçirir, üstəgəl də rusiyalı hərbçilərin Qarabağdakı separatçıları tərksilah etmək planları da yoxdur. Rusiyalı baş diplomatın sözlərindən isə çıxan nəticə odur ki, təki sabitlik olsun, qalan məsələlər onlar üçün vacib deyil. Azərbaycan torpaqları işğal altında olanda da "təki sakitlik olsun” deyirdilər.

Prezident İlham Əliyev dünənki müsahibəsində bir daha xatırlatdı ki, həmsədrlər gəlib nəyi müzakirə edəcəklər? Status məsələsi bizim üçün bitib. Buna görə

də həmsədrlər lap regiona gəlsə də "status” və ya başqa bir şeyin əldə edilməsi ehtimalı yoxdur”

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR