Logo

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

27 sentyabr... Hələ bir neçə il əvvələdək təqvimin bu tarixi payızın ilk günləri, sadəcə olaraq IX ayın 27-ci günü idi. Lakin bir il əvvəl bütün bu adilik, 27 rəqəminin bəsitliyi pozuldu.

Belə ki, 2020-ci il 27 sentyabr  Qarabağın azadlıq müqəddiməsi, dumanlı dağların zəfərə boyanmasına hazır dayanan Xudayar kimi minlərlə əsgərin hərb savaşı, ürəyi döyüş meydanında vuran milyonlarla azərbaycanlının söz savaşının, ana və qızların səbr, təmkin savaşının başlanğıcı kimi tarixə yazıldı.

Bəli, bu gün 30 illik niskilin, hicranın vüsala çevrildiyi günün başlanğıcı hesab olunur. Bu gün Azərbaycanın Qarabağ adlı yarasının sağalması yolunda başlayan hərb mücadiləsindən bir il ötür...

30 ildən sonra ilk dəfə Qarabağ məhz bu gün mərmi səsini, tank səsini sevinclə qarşıladı. Çünki bu səs azadlığın səsi idi, bu səs Azərbaycan əsgərinin haqq savaşının nəriltisi idi.

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Bir il əvvəl bu gün müharibə meydanında Azərbaycan əsgərinin qibləgahı Qarabağ, səcdəgahı Vətən oldu.

27 sentyabr Azərbaycan xalqı sən, mən, o olmadı. O gündən 10 milyon Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları "biz" oldu. Tək amal var idi, Qarabağı azad edəcəkdik. Tək arzu var idi - işğal olnmuş torpaqları azad görəcəkdik. O tarixdən 44 günün sonunadək başqa heç nə arzu etmədik. Bütün düşüncə və istəklər, bütün bu baş verənlər Qarabağa aparırdı çünki...

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Bu gün isə bütün ölkədə, hər küçə, hər evdə, bütün bu səs-küyün içində bir susqunluq var. Çünki 27 sentyabr Azərbaycan üçün Vətən müharibəsi savaşçılarının Anım Günüdür...

Məhz bu tarixi bütün ömrümüz boyu 44 günlük azadlıq mücadiləsi döyüşçülərinin, qurbanlarının xatirəsi naminə Anım Günü olaraq qeyd edəcəyik. 27 sentyabr hamılıqla individuallıqdan uzaqlaşıb, yenə "biz" olub, onları anacağıq - İkinci Qarabağ müharibəsi ŞƏHİDLƏRİNİ...

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Hələ məzarlığa çatmamış qapıda könüllü gənclər dayanıb, şəhidləri ziyarət etməyə gələnlərə bayraq və su verirdilər. Həmrəylik hissi bu məqamda da bizdən yan keçməmişdi...

Bundan başqa İkinci Qarabağ müharibəsi iştirakçıları, qazilər də dünyasını dəyişmiş döyüş yoldaşlarını yad etməyə gəlmişdilər.

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Məzarlıqda olan qazi Süleymanov Elçin Fizuli, Xocavənd, Cəbrayıl və Murov istiqamətində döyüşüb. Döyüş zamanı bir gözünü itirən qazimiz eyni zamanda qolundan, boğazından da yara alıb. Onun tək arzusu şəhidlərin, qazilərin və onların ailələrinin unudulmamasıdır:

"Döyüşlərə 27 sentyabr günü yollandım. Noyabrın 9-u saat 11:00-12:00 radələrində yaralandım, axşam da eşitdim ki, müharibə qurtarıb. Orada yaşadıqlarımı danışmaq çox çətindir, gərək hadisələrin canlı şahidi olasan ki, nələrin baş verdiyini görəsən. Ali baş komandan sağ olsun ki, bizə imkan yaratdı, torpaqlarımızı geri ala bildik. Düzdür, şəhidlərin qarşısında bizim əməyimiz azdır, lakin yenə də ürəyimiz rahat olub.

Mən döyüşə yollananda geridə iki azyaşlı övladımı qoymuşdum. Mən onlar üçün, Azərbaycanın gələcək nəsli üçün işğala son qoymaq arzusu ilə yollandım cəbhəyə. Şükür olsun ki, istəyimə çata bildim, bu gün onların yanında üzüm ağdır. Bizdən sonrakı nəsil bu zülmü çəkməyəcək.

Əsas arzum odur ki, şəhidləri unutmasınlar... Gözü görməyən qazi övladlarını, onların balalarını unutmasınlar".

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq əsir düşmüş və sonradan azad edilmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Ağstafa şəhər sakini Amin Musayev də bu gün şəhidləri ziyarətə gəlmişdi:

"Şəhidlik hər insana qismət olmur, o məqama hər kəs ucalmır. Hər kəs dünyadan köçəndə onu ata-anası, ailəsi ziyarət edir. Lakin bu gün bütün Azərbaycan xalqı onları - Şəhidləri yad edir. Bundan sonra da bütün nəsillər onların qarşısında baş əyəcək, dua edəcək".

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Şəhid kapitan Vüqar Nəcəfovun bacısı Pərvanə Abdullayeva da məzar başına, qardaşını ziyarət etməyə gəlmişdi. Kapitan Nəcəfov əsgərlərini xilas edərkən canını Vətənə, Vətən oğullarına fəda edib:

"Qardaşım oktyabr ayında Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Vüqar 10 il idi ki, zabit kimi çalışırdı. Qardaşım yaralı əsgərlərini xilas edəndə, snayper gülləsinə tuş gəlib. İki övladı var - 5 və 6 yaşlarında. Bu gün onlar da atası üçün darıxır, amma ataları onlara bütöv Vətən qoyub gedib. Mən qardaşımla fəxr edirəm".

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

Kənan Mustafayev sentyabrın 21-i döyüş bölgəsinə yollanıb. Əsgərimiz döyüşlərdə yara almayıb, lakin Şəhid ola bilməməyin peşmanlığını çəkir:

"Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüşlərə könüllü yazılmışdım, səfərbərlik olan kimi də cəbhəyə yola düşdüm. Müharibədə ağır yara almadım, amma ətrafda dostlarımız, döyüş yoldaşlarımız ağır yaralandı, şəhid oldu. İkinci Qarabağ müharibəsi şəhidləri sırasında ailə üzvlərimdən dayım da yer alır. Peşmanlıq hiss yaşayıram ki, nəyə görə o cür oğullar şəhid oldu, mən geri qayıtdım, şəhid ola bilmədim...".

Qarabağ, sən azadsan! 44 günlük zəfər tarixinin mürəkkəbi olan şəhid və qazilər, sizlərə təşəkkür edirik!

Müxbir: Əzizə Zeynal

Foto: Nuh Tarverdiyev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR