Logo

"Bu qeyri-mümkündür" - Murovdağ tuneli ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bu qeyri-mümkündür" - Murovdağ tuneli ilə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sfera.az bildirir ki, qurum rəsmisi tunelin inşasına yeni başlanıldığını və qısa müddətdə işlərin yekunlaşdırılmasının qeyri-mümkün olduğunu deyib.

"Tunel inşası heç də asan başa gəlmir. Hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnikalar səfərbər olunub", - deyə A.Nəcəfli əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR