Logo

Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu

Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, dövlət başçısı Rusiya Prezidentini Hakim "Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirib.

Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildirmişlər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək.

Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı vermişdir. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR