Ramiz Mehdiyevin evinin qazı kəsilib? - "Azəriqaz"dan AÇIQLAMA
Kateqoriya məlum deyil
"Azəriqaz” İstehsalat Birliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yayılan məlumata münasibət bildirib.
Sfera.az bildirir ki, bu barədə qurumun mətbuat katibi Eldəniz Vəliyev açıqlama verib.
"Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb”, - deyə Vəliyev qeyd edib.
Xatırladaq ki, bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağının "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi və cərimə yazılması ilə bağlı məlumatlar yayılıb.
Günay Rəsulqızı
Sfera.az






