Prezident Administrasiyası: Türkiyə Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib
Kateqoriya məlum deyil
Türkiyə Rusiya Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib. Sfera.az bildirir ki, bunu Trend-ə Türkiyə Prezidentinin administrasiyasında dedilər.
"Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib".
Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir: "Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".






