Logo

Azərbaycan Krım platformasına niyə qatılmadı? – Zərdüşt Əlizadənin şərhi

Azərbaycan Krım platformasına niyə qatılmadı? – Zərdüşt Əlizadənin şərhi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Kiyevdə işə başlayacaq "Krım platfoması”nda iştirak etməyəcək. Platformada iştirak etməyəcəyimizlə bağlı bir neçə gün əvvəldən Ukrayna rəsmilərinə  məlumat verilib.

Maraqlıdır, 44 dövlətin iştirak etdiyi platformaya Azərbaycanın qatılmaması Bakı-Kiyev münasibətlərinə hansısa formada təsir edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadə Ukraynanın Azərbaycanla münasibətlərdə gərginlik yaratmayacağını deyib:

"Ümumən Aərbaycan Ukraynanın ərazi bütövlüyün tanıyır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Ukraynanı dəstəkləsə də Rusiya ilə gərginliyin yaranmamasına da çalışır. Bunu Ukraynada da anlayışla qarşılayır. Çünki diplomatiya müəyyən mənada çeviklik tələb edir. Ukrayna özü də sərt mövqe tutmayıb, Rusiyaya qarşı çevik siyasət mexanizmi nümayiş etdirir. Biz Ukraynanı heç vaxt incidib deməmişik ki, Krım Rusiyadır. Bunu Ukrayna diplomatları da anlayır".

Politoloq Qarabağda vəziyyətin gərgin olmasının da platforamada iştiraka mane olduğunu qeyd edib:

"Diplomatlar qara camaat deyil ki, bu məsələni qabardıb problem yaratsınlar. Rusiyadan asılılığı olmayan ölkələr Krım platformasında rahatlıqla iştirak edir. Lakin Qarabağda gərginliyin davam etdiyi bir zamanda bu platformada Azərbaycanın iştirakı yaxşı olmazdı. Azərbaycan Rusiya ilə həmsərhəddir və Rusiyanın birbaşa olaraq bu proseslərə təsir etmək gücü var. Ukrayna özü də bunu yaxşı anlayır və bu baxımdan hansısa gərginliyin yaranacağını düşünmürəm".

Qeyd edək ki, Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.

Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR