Logo

İsfəndiyar Vahabzadəni kim danışdırırdı? - İzlər "beşinci kolon"a aparır

İsfəndiyar Vahabzadəni kim danışdırırdı? - İzlər "beşinci kolon"a aparır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər sabiq səfir İsfəndiyar Vahabzadənin rus xalqını təhqir etməsi geniş müzakirə obyektinə çevrilib. Keçmiş diplomatın şəxsi düşüncəsini təhqirlə ifadə etməsi və bunun media vasitəsi ilə ictimailəşməsi həm Rusiyada, həm də Azərbaycanda sərt reaksiya ilə qarşılanıb. Çünki dostluq münasibətində olduğumuz xalqı alçaltmaq bütün müstəvilərdə cılızlığın göstəricisidir.

Lakin vəziyyətə nəzər salaq: elmlər doktoru, professor, 4 ölkədə səfir olmuş bir insanın bu cür bəsit açıqlama verməsi təsadüfə oxşamır. Bir çox təhlilçilər sabiq diplomatın üstündən illər keçəndən sonra Viladimir Jirinovskinin Azərbaycan xalqı haqda sərsəmləmələrini "qəfil xatırlaması” və buna elə həmin tərzdə də reaksiya verməsininin alt qatında məkrli oyun dayandığı qənaətindədir.

İsfəndiyar Vahabzadəni kim danışdırırdı? - İzlər "beşinci kolon"a aparır

Qeyd edək ki, hazırda ölkəmiz kritik bir mərhələ yaşamaqdadır. Qalib çıxdığı Qarabağ müharibəsindən sonra bölgədə yaranmış gərgin siyasi sitiuasiya indi daha tarazlı siyasət yürütməyimizi diqtə edir. Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti onsuz da narazılıq doğurur. Bu və digər səbəblərdən Azərbaycan diplomatiyasının şimal qonşumuza qarşı etiraz notları eşidilməkdədir. Belə bir həssas məqamda sıradan bir şəxs olmayan keçmiş səfirin rus xalqı haqda arzuolunmaz fikirləri təxribatdan başqa heç nə deyil.

Maraqlıdır, indiki halda Azərbaycan hakimiyyəti ilə Rusiya dövlətini üz-üzə qoymaq kimlərin marağında ola bilər? İsfəndiyar Vahabzadənin içində olduğu oyun hansı ssenarinin tərkib hissəsidir? Ümumiyyətlə, bu oyunu kimlər qurub və məqsəd nədir?

İsfəndiyar Vahabzadəni kim danışdırırdı? - İzlər "beşinci kolon"a aparır

Gəlin, onu xatırlayaq ki, İsfəndiyar Vahabzadə işində yol verdiyi nöqsanlar səbəbindən səfir postundan geri çağırıldıqdan sonra sabiq səhiyyə naziri Əli İnsanovla bir yerdədir. Əli İnsanovun qurduğu Haqq Ədalət Partiyasında təmsil olunan sabiq səfirin eyni zamanda Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və prezidentin keçmiş köməkçisi Əli Həsənovla da sıcaq münasibətləri var. Buradan yola çıxsaq, ortada olan təxribatın məhz Azərbaycandakı "beşinci kolon” tərəfindən törədildiyini düşünmək olar. Çünki Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərinin korlanması indiki halda yalnız elə Rusiyanın özünə bağlı olan "beşinci kolon”a sərf edir.

Diqqət yetirilməli digər məqam isə məlum açıqlamadan sonra Rusiyada bəzi siyasətçilərin bu məsələni xüsusi olaraq diqqətdə saxlaması, İsfəndiyar Vahabzadənin fikirlərindən Azərbaycan dövlətinə qarşı istifadə etmək cəhdləri hər şeyin öncədən planlaşdırıldığı qənaətini möhkəmləndirir. Halbuki, İsfəndiyar Vahabzadənin demoqogiyasını ciddiyə almamaq, onun fikirləri ətrafında süni ajiotaj yaratmamaq da olardı. Amma yox, "beşinci kolon”un ötürdüyü "pas”ı qola çevirmək üçün komanda verilmişdi və maraqlı tərəflər hər vəchlə mövzunun gündəmdən düşməsinə mane olurdular. Məsələ o həddə qədər şişirdildi ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi açıqlama ilə çıxış etmək məcburiyyətində qaldı.

İsfəndiyar Vahabzadəni kim danışdırırdı? - İzlər "beşinci kolon"a aparır

Ölkənin düşünən kəsimi isə baş verənlərin "vətənpərvərlik pafosu” üzərində qurulmuş oyun olduğunun fərqində idi. Elə bu səbəbdən "beşinci kolon”un növbəti təxribatı da uğursuzluğa düçar oldu. Amma bu məsələ bir daha təsdiqlədi ki, Ramiz Mehdiyev-Əli Həsənov ikilisinin idarəçiliyində olan "beşinci kolon” düşünüldüyü qədər zəif deyil və istənilən an təxribat törətməyə hazırdır.

İnci
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR