Hacıbala Abutalıbovun səlahiyyətlərindən biri əlindən alındı
Kateqoriya məlum deyil
Prezident sərəncam imzaladı.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Bakı Nəqliyyat Agentliyi şəhərsalma həyata keçirildikdə küçə, yol,
digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının
təmin edilməsində iki əsas səlahiyyətli orqandan biri olacaq.
Azərbaycan prezidenti İlham Əliyevin bu gün
imzaladığı "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
2006-2007-ci illər üçün Tədbirlər Planı”nda dəyişikliklər edilməsi haqqında”
sərəncamında əksini tapıb.
İndiyə qədər bu sahədə yeganə səlahiyyətli orqan
Bakı Şəhər İcra Hakimiyyəti olub.






