İlham Əliyev Naxçıvanın baş naziri ilə bağlı sərəncam verdi
Prezident İlham Əliyev Ə.Q.Baxşıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilsin".
Sfera.az Vikipediyaya istinadən xəbər verir ki, Əlövsət Qəzənfər oğlu Baxşıyev 22 iyun 1956-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyə-kredit fakültəsinə daxil olmuş və 1977-ci ildə institutu bitirmişdir. 1977-1979-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı Naxçıvan MR-in 50 illiyi sovxozda baş muhasib, Şərur rayon Aqrar Sənaye Birliyində maliyyəçi işləyib. 1986-1992-ci illərdə Şərur rayon xalq deputatları soveti icraiyə komitəsinin birinci müavini, 1992-1994-ci illərdə Şərur rayon xalq deputatları məclisi icraiyə komitəsinin sədri secilib.
1994-1998-ci illərdə Naxçıvan Muxtar Respublikasi Maliyyə Naziri, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasi iqtisadi inkişaf va Maliyyə naziri təyin edilib.
2000-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziridir. 2 çağırış Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin deputatı seçilmişdir (1990-1995, 1995-2000). Əməkdar Dövlət Qulluqçusudur.
27.06.2013 il 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
3 ovladi var.






